Nepalda son iki gündə baş verən torpaq sürüşməsi və daşqınlar azı 52 nəfərin həyatına son qoyub.
Doğru.az xəbər verir ki, yerli Khabarhub portalının məlumatına görə, musson yağışları bir sıra regionlarda daşqınlara, torpaq sürüşmələrinə, ildırım çaxmasına və yol qəzalarına səbəb olub.
Hesabata görə, 29 nəfər yaralanıb, 7 nəfər isə itkin düşüb. Ən çox zərər çəkən əyalət Everest dağlarının ətəklərində yerləşən Koşi bölgəsi olub.
Qeyd edək ki, bundan əvvəl 1000-ə yaxın insan güclü qar səbəbindən Everestin şərq yamacında ilişib qalmışdı.