image-n1karobka_ads
image-123
image-upload-2022-12-09t175500z_779286504_up1eic91drlvz_rtrmadp_3_soccer-worldcup-cro-bra-report-pic_32ratio_900x600-900x600-70638backend

Neymarı 1 milyon avro cərimə gözləyir

image-ad_qayo_720x110px

L’Equipe-nin Rio-de-Janeyro meriyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Paris Saint-Germain-in futbolçusu Neymar futbolçunun Rio-de-Janeyro ştatındakı iqamətgahlarından birində ətraf mühitin pozulmasına görə 1 milyon avro cərimələnə bilər.

Neymar xüsusi icazə olmadan çimərlik qumundan istifadə etməkdə, torpağı qeyri-qanuni köçürməkdə və süni gölü təmin etmək üçün icazəsiz çaydan su götürməkdə ittiham olunur.

“Növbəti addım aşkar edilmiş pozuntuların qiymətləndirilməsi və cərimənin tətbiqi olacaq.

Hesablamalara görə və ətraf mühitə dəymiş ziyan nəzərə alınmaqla, cərimə ən azı 5 milyon real (təxminən 950 min avro) təşkil edəcək”, – meriyanın məlumatında deyilir.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki