Fransanın keçmiş prezidenti Nikola Sarkozi Parisdə yerləşən Sante həbsxanasına gətirilib.
Doğru.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Məlumata görə, Sarkozi Parisin 14-cü rayonundakı həbsxanaya vəkillərindən biri Kristof Engrinlə birlikdə gəlib.
Daha əvvəl onun həbsxanada təkadamlıq kamerada saxlanılacağı bildirilmişdi. Qeyd edək ki, Paris cinayət məhkəməsi Sarkozini 2007-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə 5 il müddətinə azadlıqdan məhrum edib.
DOĞRU.AZ