image-n1karobka_ads
image-123
image-img-20240312-wa0115backend

Odlar Yurdu Universitetində “1-ci Milli Biznes Forum” keçirilib – FOTO

image-ad_qayo_720x110px

Odlar Yurdu Universitetində sahibkar və tələbələr arası “1-ci Milli Biznes Forum” təşkil olunub. Forum dövlət başçısı İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsinə həsr olunub.

Doğru.az xəbər verir ki, tədbirə ilk ev sahibliyi edən universitet isə Odlar Yurdu Universitetidir. Tədbirin əsas məqsədi tələbələrə motivasiya olmaq, onları maarifləndirmək və cəmiyyətə faydalı şəxslər kimi yetişdirməkdir.

Forumda Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev qonaqları və tələbələri salamlayaraq bildirilib ki, sahibkarlıq çox şərəfli bir işdir.

“Ulu Öndər Heydər Əliyevin dövründə və bu gün də Prezident İlham Əliyevin siyasəti nəticəsində sahibkarlıq fəaliyyəti yüksək qiymətləndirilir. Bu gün yüksəksəviyyəli mütəxəssislərin hazırlanması üçün bu forumu yüksək qiymətləndirirəm”, – deyə rektor qeyd edib.

Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin Hüquq və İnsan Resursları Departamentinin müdiri (AZƏRTAC), Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yanında Məhkəmə Ekspertizası Mərkəzinin doktorantı, Azərbaycan Dövlət İmtahan Mərkəzinin eksperti, III “Yüksəliş” müsabiqəsinin finalçısı, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin həmtəsisçisi və sədri Esmira Tağıyeva sahibkarlarla tələbələr arasında keçirilən bu tədbirə görə universitetin rəhbərliyinə və təşkilatçı “Mirtalıblı group”a təşəkkürünü bildirib. Öz peşə fəaliyyəti haqqında məlumat verən E.Tağıyeva vurğulayıb ki, hər bir tələbə peşə səviyyəsini, iş təcrübəsini artırmağı öz qarşısına məqsəd qoymalıdır.

“Mənim üçün məhz Prezident İlham Əliyevin qələbəsinə həsr olunan tədbirdə çıxış etmək çox şərəflidir. Məktəb illəri zamanı tarix kitablarında sərkərdə, dövlət başçılarının qalibiyyəti haqqında oxuyurduq, bu gün isə Əsrin qalibi, Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində şanlı bir tarixin canlı şahidi olduq. Qazandığımız nailiyyətlərin, uğurların arxasında ailəmizin, dövlətimizin təhsil sahəsində, o cümlədən hər bir sahədə ayırdığı diqqət və göstərdiyi dəstək durur. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi “Təhsil millətin gələcəyidir” və dövlətimizin həyata keçirdiyi təhsil sistemi və bu sahədəki inkişafyönlü proqramlar, islahatlar təhsilimizin inkişafına davamlı xarakter verməklə, onu dünya standartlarına uyğunlaşdırmağa xidmət edir. Qeyd olunanlarla yanaşı, peşəkar kadr kimi formalaşmaq və parlaq gələcək üçün hər kəs özünü uğur qazanmağa inandırmalı və məqsədlərinə doğru qətiyyətlə addımlamalıdır”, – deyə Esmira Tağıyeva vurğulayıb.

Tədbirdə çıxış edən nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu, Dünya Azərbaycanlıları Mədəniyyət mərkəzinin vitse-prezidenti, sosial məsələlər üzrə ekspert Hacı Quliyev, sahibkar Elnur Allahverdiyev, rəssam Mehriban Alışova, Unity Company şirkətinin marketinq direktoru, Arza Brendinin rəhbəri Zərifə Arzumanova, və digər iştirakçılar tələbələrin sahibkarlıq fəaliyyəti istiqamətində aparılan maarifləndirmə və onların cəmiyyətə faydalı şəxslər kimi yetişmələrində forumun əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbir bədii hissə ilə davam edib.

DOĞRU.AZ

image-w_1617102470675578520127_1200x630 image-w_1617102470675241852763_1200x630 image-w_161710247067793713506_1200x630 image-img-20240312-wa0105 image-w_1617102470671034315036_1200x630 image-img-20240312-wa0127 image-img-20240312-wa0137 image-img-20240312-wa0131 image-img-20240312-wa0133 image-img-20240312-wa0099

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki