Sürətli konkisürmə üzrə beşqat Olimpiya çempionu Klaudiya Peçşteyn federal polis geyimində Almaniya Xristian Demokrat İttifaqının (CDU) tədbirində çıxış edib.
Alman qadın ölkədə populyar siyasi mövzulara diqqət yetirib. O, siyasi sığınacaq verilməmiş miqrantların deportasiyası prosedurunun sadələşdirilməsinin zəruriliyini bildirib.
“Bu yolla biz təkcə həmkarlarımın işini asanlaşdırmayacaq, həm də Almaniya vətəndaşlarının təhlükəsizliyini təmin edəcəyik. Yaşlılar və qadınlar ictimai nəqliyyatdan qorxmadan istifadə edə bilməlidirlər”, – Peçşteyn bildirib.
Olimpiya çempionu ənənəvi ailə dəyərlərindən də danışıb.
“Bu ölkədə uşaqlar yaxşı təhsil və sağlam ənənəvi ailə istəyirlər. Onlar ata və anaya sahib olmaq istəyirlər” dedi.
Mənbə: Sport.ru