image-2000x150px
image-123
image-ads_atlas
image-1716066629091backend

“Onları əlil arabasında gətirib, cibinə milyonlar qoyurlar” – Zaurdan etiraz

image-728x90px

Aparıcı Zaur Baxşəliyev türkiyəli ifaçıların Bakıya gətirilib konsertinin təşkil olunmasını tənqid edib.

Doğru.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, “Zaurla Günaydın proqramında danışıb.

Türkiyəli ifaçı Sərdar Ortaçın Bakıya əlil arabasında gətirilməsini xatırladan Zaur bunları deyib:

“Camaatı əlil arabasında gətirib oxudurlar, cibinə milyon qoyurlar. Sərdar Ortaçı gətiriblər, adam yeriyə bilmir. Get otur evində-eşiyində. Bizim heç səhnəni silkələyən sənətçisinə gedib qulaq asmırlar.

Onu hava limanından əlil arabasında çıxartdılar. Onların Türkiyədə erası qurtarıb, bitdi. Gedirlər, gətirirlər, yazıqdırlar. Niyə əziyyət verirsiniz?”.

Qeyd edək ki, Sərdar Ortaç və İbrahim Tatlısəs Bakıya gələrkən hava limanında əlil arabasında çıxarılıblar. Onlar səhnədə də ayaqüstə durmağa çətinlik çəkib, İ.Tatlısəs oturuqlu halda mahnılarını oxuyub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki