image-n1karobka_ads
image-123
image-68d978e4ae5ac9753e4e7900backend

Orban ABŞ-la qaz və neft mövzusunu ailə naharında müzakirə edib

image-ad_qayo_720x110px

Macarıstanın baş naziri Viktor Orban Ruptly-yə verdiyi açıqlamada bildirib ki, ailəvi şam yeməyi zamanı ABŞ prezidenti Donald Tramp ona zəng vurub.

Doğru.az xəbər verir ki, Orban qeyd edib ki, onlar Budapeştin Rusiyadan neft və qaz idxalını dayandırıb-dayandırmaması mövzusunu müzakirə ediblər.

“Bir gün axşam gec, həyat yoldaşımla nahar edirdim, ABŞ prezidenti telefon zəngi ilə mətbəximizə daxil oldu. Biz Macarıstanın Rusiya qazından və neftindən imtina edib-etməyəcəyini müzakirə edirdik və mən Macarıstanın milli mövqeyini düzgün şəkildə təmsil edirdim”, – Orban deyib.

Baş nazir əlavə edib ki, Trampa Macarıstanın milli maraqlarına uyğun cavab verdikdən sonra naharını bitirib və yatağa gedib. Orban daha əvvəl də bildirib ki, ölkəsi Rusiyadan neftlə bağlı qərarını müstəqil şəkildə verəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki