Mayın 23-də ölkə ərazisində qeydə alınan 53 cinayət hadisəsi və əvvəlki dövrlərdən bağlı qalan 10 cinayət faktı daxili işlər orqanlarının əməkdaşları tərəfindən açılıb.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həmin gün axtarışda olan ümumilikdə 153 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotik vasitələrlə bağlı 26 fakt, qanunsuz saxlanılan silah-sursatla əlaqədar isə 8 fakt müəyyən olunub.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
DOĞRU.AZ