image-ads_n1karobka_mobile
image-68f42a5b02e8bd0ca740afa4backend

Pakistan və Əfqanıstan Doha raundunda dərhal atəşkəs barədə razılığa gəlib

Danışıqların Doha raundu çərçivəsində Pakistan və Əfqanıstan nümayəndə heyətləri dərhal atəşkəs barədə razılığa gəliblər.

Doğru.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb. Nəşr qeyd edir:

“Danışıqlar zamanı hər iki tərəf dərhal atəşkəs haqqında razılığa gəliblər.”

Qeyd edək ki, oktyabrın 15-də Press TV Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın paytaxtı Kabilə hava hücumu həyata keçirdiyini bildirirdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki