image-2000x150px
image-123
image-ads_atlas
image-17188786781552562523_1200x630backend

Paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyunun 22-23-də paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, yarmarkada 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada fermerlər müxtəlif bölgələrdən 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

“Kənddən şəhərə” yarmarkasının əsas məqsədi fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və yerli kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdən ibarətdir.

Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, “Kənddən şəhərə” yarmarkalarında iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunurlar. Yarmarkada iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 Çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki