Pentaqonun hesabatına görə, ABŞ Müdafiə Nazirliyi 17 ədəd P-8A çoxməqsədli dəniz təyyarəsi almaq və Kanada və Almaniyaya təhvil vermək üçün Boeing ilə 3,4 milyard dollardan çox dəyərində müqavilə bağlayıb.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Sənədə əsasən, “Boeing” bu təyyarələrin tədarükü üçün 3,407 milyard dollar sabit məbləğdə müqavilə alıb. Müqavilədə 14 ədəd P-8A təyyarəsinin Kanada hökumətinə, 3 ədədinin isə Almaniyaya veriləcəyi bildirilir.
Müqavilənin şərtlərinə uyğun olaraq bütün sifarişin 2028-ci ilin mart ayına qədər tamamlanacağı gözlənilir.
Ötən il NATO AWACS təyyarələrinin dəyişdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib. “NATO alyansın tarixində ən böyük hərbi satınalmalardan birini təsdiqləyib”, – deyə alyans aydınlaşdırıb. Blokun yeni nəsil təyyarə seçdiyi dəqiqləşdirilir. Altı yeni Boeing E-7A təyyarəsi 2031-ci ilə qədər “əməliyyata hazır” olmalıdır.
DOĞRU.AZ