Arxeoloqlar Peruda qazıntılar zamanı 1000 illik mumiya aşkar ediblər.
Bu barədə Reuters xəbər verir.
Arxeoloji qrupun rəhbəri Mirella Qanoza bildirib ki, mumiya keramika qablar, tekstil məmulatları və digər əşyalarla birlikdə Perunun paytaxtı Limanın Miraflores bölgəsində tapılıb.
Qanozanın sözlərinə görə, mumiya oturmuş vəziyyətdə əyilmiş ayaqları olan yetkin kişidir. Onun hələ də uzun saçları və demək olar ki, tamamilə sağlam çənəsi var.
Alimlərin fikrincə, mumiyanın yaşı təxminən 1000 ildir ki, bu da İnkaların hələ bu əraziyə gəlmədiyi dövrə aiddir. Arxeoloqlar Limada yeni unikal tapıntıların mümkünlüyünə inanırlar.
Bundan əvvəl bildirilmişdi ki, Maks Plank Cəmiyyətinin (Almaniya) Geoantropologiya İnstitutunun beynəlxalq alimlər qrupu qədim misirlilərin 3500 ildən çox əvvəl insanları mumiyalamaq üçün istifadə etdikləri birləşmələrin iyini yenidən yarada biliblər.
Mənbə: Reuters