image-2000x150px
image-123
image-ads_atlas
image-neftcibackend

Premyer Liqa: “Sabah” autsayderi sınağa çəkir, “Neftçi” Sumqayıt səfərində – AFİŞA

image-728x90px

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçı Bayılda “Səbail” və “Sabah” arasında olacaq. Hazırda Masazır təmsilçisi 65 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alır. 18 xalı olan “dənizçilər” isə sonuncu – 10-cudur.

Günün son oyununda “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. “Ağ-qaralar” 57 xalla 3-cü “kimyaçılar” 24 xalla 8-cidir.

Azərbaycan Premyer Liqası
XXIX tur

8 aprel (şənbə)

17:30. “Səbail” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”.

20:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.

Açılış oyununda “Qəbələ” evdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 9-da keçiriləcək “Turan Tovuz” – “Şamaxı” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki