image-n1karobka_ads
image-123
image-17646593641406426476_1200x630backend

Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir

image-ad_qayo_720x110px

Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə bu ölkənin yaranmasının 50-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki