image-n1karobka_ads
image-123
image-17672540685684117765_1200x630backend

Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib

image-ad_qayo_720x110px

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə bu ölkənin milli bayramı – Azadlıq Günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətlərinin hər iki xalqın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə inamını ifadə edib.

“Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki