image-n1karobka_ads
image-123
image-1723273665250611684_1200x630backend

Prezident İlham Əliyev milli bayram münasibətilə Ekvador Prezidentini təbrik edib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Daniel Noboa Azinə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubunda Ekvador Prezidentinə və xalqına milli bayram münasibətilə öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki