image-n1karobka_ads
image-123
image-17653767661113163535_1200x630backend

Prezident İlham Əliyevdən “Yüksəliş” müsabiqəsi ilə bağlı yeni Sərəncam  

image-ad_qayo_720x110px

Prezident İlham Əliyev 2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” 2019-cu il 26 iyul tarixli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 (bir milyon) manat ayrılıb. Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki