image-n1karobka_ads
image-123
image-screenshot_20251221_010506_gallerybackend

Prezident İlham Əliyevin Sankt-Peterburqdakı MDB sammitində iştirakı gözlənilir

image-ad_qayo_720x110px

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammitində iştirakı gözlənilir. “Bəli, gözləyirik.

Doğru.az xəbər verir ki, gözləyirik, hazırlaşırıq”, – deyə o, RİA Novosti agentliyinə açıqlamasında bildirib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə MDB üzv dövlətlərinin liderlərinin ənənəvi qeyri-rəsmi görüşünün 22 dekabrda Sankt-Peterburqda keçiriləcəyi elan edilmişdi.

Qeyd edək ki, oktyabr ayında Düşənbədə Müstəqil Dövlətlər Birliyinin sammiti keçirilmiş, tədbiri Tacikistan Prezidenti Emoməli Rəhmon açmış, Rusiya lideri və digər MDB dövlət başçıları da iştirak etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki