Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
Doğru.az xəbər verir ki, bu barədə məlumat President.az vasitəsilə yayılıb.
Dövlət başçısı, həmçinin “Dövlət xidmətləri haqqında” Qanunu təsdiq edib.
Qanunun 6.4-cü maddəsi (Dövlət xidmətinin göstərilməsinə yalnız həmin xidmət üzrə məlumatlar DXER-ə daxil edildikdən sonra yol verilir) 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
DOĞRU.AZ




























