image-2000x150px
image-123
image-ads_atlas
image-messibackend

PSJ Messiyə müqaviləni uzatmaq üçün yeni sərfəli təklif edib

image-728x90px

Paris Saint-Germain argentinalı hücumçu Lionel Messini komandada saxlamaq istəyir. Bu barədə “Foot Mercato” məlumat yayıb.

Mənbənin məlumatına görə, parislilər 35 yaşlı futbolçuya müqavilənin müddətini uzatmaq üçün sərfəli təklif ediblər.

Xatırladaq ki, Paris Sen-Jermen Messini Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırmışdı. Argentinalı açıqlama yayaraq, klubun futbolçuları və işçilərindən üzr istəyib. Messinin komandadan ayrılacağı güman edilirdi, lakin futbolçunun üzrxahlığından sonra onun müqaviləsi ilə bağlı vəziyyət dəyişə bilər.

PSJ maliyyə cəhətdən cəlbedici təklif göndərib. Futbolçudan hələ ki, cavab alınmayıb.

Mənbə: NTV Spor

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki