image-2000x150px
image-123
image-ads_atlas
image-fanbackend

“Qarabağ”ın oyunu ikinci oldu – rekord yenilənmədi

image-728x90px

Azərbaycan Premyer Liqasının XXX turunun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

Ən yüksək göstərici çempionluğa oynayanların qarşılaşmasında qeydə alınıb. “Sabah”ın Masazırda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdiyi oyunu 7 min azarkeş stadionda izləyib.

“Neftçi”nin “Qəbələ”yə 1:2 hesablı məğlubiyyətinə 2 200 nəfər şahidlik edib. Ən aşağı göstərici Zirədə qeydə alınıb. Qəsəbənin eyniadlı komandasının “Səbail”ə 3:1 hesabı ilə qalib gəldiyi oyunda cəmi 350 nəfər tribunada olub.

Qolsuz başa çatmış “Şamaxı” – “Sumqayıt” matçında 1500 nəfər olubsa, Qəbələdə keçirilmiş Qərb derbisi – “Kəpəz” – “Turan Tovuz” oyununu 800 azarkeş tribunadan izləyib.

Ümumilikdə turun beş matçında 11 850 izləyici qeydə alınıb. Bu isə hər oyuna orta hesabla 3 370 nəfərin getməsi anlamına gəlir.

“Sabah” – “Qarabağ” matçında mövsümün ikinci ən yaxşı göstəricisi qeydə alınıb. Daha əvvəl XVI turda keçirilmiş “Neftçi” – “Qarabağ” görüşünü də 7 min azarkeş tribunadan izləyib. Mövsümün rekordu isə 14-cü turda “Sabah”la “Qarabağ”ın Masazırdakı oyununda qeydə alınıb. Həmin zaman 10 min tamaşaçı tribunada yer alıb. Bu həm də son beş mövsüm üçün Azərbaycan Premyer Liqasında ən yüksək göstəricidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki