image-2000x150px
image-123
image-ads_atlas
image-1679912631_337293559_1079936839680801_3849353850451493052_nbackend

“Qarabağ” – “Qalatasaray” oyununa 30 manata bilet aldılar, qırıq oturacaqlarla qarşılaşdılar – VİDEO

image-728x90px

Dünən Bakı Olimpiya Stadionunda (BOS) keçirilmiş “Qarabağ” – “Qalatasaray” xeyriyyə oyunu ilə bağlı xoşagəlməz hal üzə çıxıb.

Doğru.azOxu.Az-a isrinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə arenanın oturacaqlarının qırıq olduğu məlum olub. Azarkeşlər özləri həmin oturacaqları yerinə salmağa çalışıblar. O sektora biletlərin 30 manata satıldığı qeyd olunub.

Məsələ ilə bağlı BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında oturacaqların öncədən qırıq olmasının mümkün olmadığını söyləyib:

“Bu, öncədən qırılmamışdı. Matçdan öncə stadion təmizlənmişdi, bayraqlar düzülmüşdü. Belə hal olsaydı, görünərdi. Ona görə də oturacaqların öncədən qırıq olması inandırıcı deyil. Ola bilər ki, azarkeşlər oturacaqların üzərin çıxaraq, nəğmələr oxuyublar. Azarkeş mədəniyyətində belə şeylər var, digər ölkələrdə də olur. Oturacaqların öncədən qırıq olması müzakirə mövzusu belə deyil. Həmin azarkeşlərə təşəkkür edirəm ki, oturacaqları yerinə salıb, oyuna baxmağa davam ediblər”.

F.Əsədzadə matça azarkeşlərin qapılar açıldıqdan xeyli sonra – starta təxminən bir saat qalmış gəldiklərinə görə yaranmış sıxlıq səbəbindən arenanın turniketlərinə zərər dəydiyini əlavə edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki