image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-2backend

Qarabağda yaşamaq istəyənlər üçün ŞAD XƏBƏR – VİDEO

image-728x90px

Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açıqlamasında bildirib.

Fuad Hüseynov deyib ki, Böyük Qayıdışın tez bir zamanda reallaşması üçün işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir.

Komitə sədrinin müavini bildirib ki, yenidənqurma işlərində keçmiş məcburi köçkün soydaşlarımızın özləri də yaxından iştirak etmək istəyirlər. Onların bu istəyinə baxılır və müvafiq qərarlar qəbul olunacaq.

Həmçinin aparılan sorğular nəticəsində məlum olub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki