Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində yerləşən və artıq istismar üçün yararsız hala düşən mövcud körpünü əvəzləyəcək yeni avtomobil körpüsünün inşasına start verilib. Qaraçay çayı üzərində inşa ediləcək bu mühüm infrastruktur layihəsi bölgə əhalisinin təhlükəsiz və rahat hərəkəti üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a verilən məlumata görə, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olacaq. Layihə müasir tikinti standartlarına uyğun şəkildə həyata keçirilir.
Hazırda ərazidə körpünün kənar dayaqları üzərində işlər görülür. Tikinti işləri başa çatdıqdan sonra yeni körpü bölgənin nəqliyyat infrastrukturuna mühüm töhfə verməklə yanaşı, həm də sürücülərin və sakinlərin həyatını asanlaşdıracaq.
Bu layihə həm də regionun sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
DOĞRU.AZ