Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Doğru.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstan dövlətinin başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və səmimi təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələr arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi vurğulanıb. Həmçinin Azərbaycan Prezidentinin oktyabrda Qazaxıstana dövlət səfəri və Kasım-Jomart Tokayevin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.
Dövlət başçıları əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
DOĞRU.AZ




























