image-2000x150px
image-123
image-ads_atlas
image-mirdavuudududududbackend

Qazi Mirdavud Tahirov dünyasını dəyişdi

image-728x90px

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olunan qazi Mirdavud Tahirov vəfat edib.

 Astara rayonu Pensər kənd sakini olan və Vətən müharibəsində rəşadət göstərən M.Tahirov aldığı xəsarətlər ucbatından dünyasını dəyişib.

O, doğulduğu rayonda dəfn edilib.

Qeyd edək ki, Tahirov Mirdavud Asəm oğlu Azərbaycan Pedaqoji Universitetinin tələbəsi ikən Vətən müharibəsinə yollanıb. Onun anası da müharibə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib.

M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Allah rəhnət eləsin.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki