image-ads_n1karobka_mobile
image-media-img-20260428-wa0170-lqr9y2xjvh5n3840fouk-1200x630backend

Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil olundu – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil olunub.

Doğru.az xəbər verir ki  media nümayəndələri əlilliyi olan uşaqlar üçün mərkəzdə yaradılmış şərait, tətbiq olunan müasir reabilitasiya üsulları, eləcə də xidmət prosesinin təşkili ilə yaxından tanış olublar.

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb, əlilliyi olan uşaqlara ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilir.

Qəbələ Uşaq Reabilitasiya Mərkəzi tərəfindən cari ilin birinci rübü ərzində əlilliyi olan 2400 uşağa reabilitasiya xidmətləri göstərilib. Ümumilikdə isə 2025-2026-cı illər ərzində 6900 nəfər uşaq Mərkəzin reabilitasiya xidmətlərindən yararlanıb.

Bu kateqoriyadan olan uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ilə yanaşı, Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Şəmkir rayonundakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Agentliyin uşaq reabilitasiya mərkəzləri tərəfindən cari ilin yanvar-mart ayları ərzində 10 min uşaq reabilitasiya xidmətlərinə cəlb edilib.

Reabilitasiya xidmətləri əlilliyi olan uşaqların sosial-psixoloji, tibbi reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.

DOĞRU.AZ

image-media-img-20260428-wa0172-z2ba7y89k0tmwo4lnhfr image-media-img-20260428-wa0168-59wogmuif3rkvnb7lsaj image-media-img-20260428-wa0166-ts1x9aukq3m4gp06f5no image-media-img-20260428-wa0169-mbef0avcpk5lguz4h3wy image-media-img-20260428-wa0167-4cqwjo51978uhap2i6nm image-media-img-20260428-wa0173-62arb4g38xhjycptq9il image-media-img-20260428-wa0171-mp3wfantj1l5r78s9o4g


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki