image-ads_n1karobka_mobile
image-17461831284461926530_1200x630backend

Qızıldaş qəsəbəsinin iki küçəsi təmir olunur

image-add-a-heading

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaradağ rayonunun Qızıldaş qəsəbəsinin 2 küçəsində təmir işləri aparılır.

Agentlikdən Doğru.az-a bildirilib ki, sözügedən qəsəbənin uzunluğu 500 metr təşkil edən 16-cı və 900 metr uzunluğa malik 17-ci küçələrində aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Torpaq əsaslı olan hər iki küçənin ortalama eni 6 metr təşkil edir.

Təmir çərçivəsində küçələrdə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçələrin profilə salınması işləri aparılıb.

Hazırda hər iki küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki