image-ads_n1karobka_mobile
image-dollar_qizilbackend

Qızılın qiyməti 3150 dollar həddindən aşağı düşdü

image-add-a-heading

Comex birjasında qızılın fyuçers qiyməti aprelin 10-dan bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 3150 dollar həddini aşağı keçib.

Doğru.az xəbər verir ki, TASS agentliyi ticarət platformasına istinadən, Moskva vaxtı ilə saat 07:11-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 3149 dollar səviyyəsinə düşüb. Lakin qısa müddət sonra qiymət 3152,3 dollara qədər korreksiya edib.

Qeyd edək ki, Alfa-Forex şirkətinin müştəri dəstəyi və satış departamentinin rəhbəri Aleksandr Şnayderman əvvəlki açıqlamasında qızılın qiymətinin 2025-ci ilin sonunadək 4000 dollara çata biləcəyini istisna etməmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki