Amerikalı R’n’B sənətçisi D’Angelo (Michael Eugene Archer) 52 yaşında vəfat edib.
Doğru.az xəbər verir ki, “The Variety” jurnalı sənətçinin ailəsinə istinadən yazıb: “Xərçənglə uzun və cəsarətli mübarizədən sonra, bütün dünyada pərəstişkarları tərəfindən D’Angelo kimi tanınan Maykl D’Anjelo Arçer bu gün, 14 oktyabr 2025-ci ildə vəfat etdi”.
Xatırladaq ki, bəstəkar Yuri Çernavski də bundan əvvəl vəfat etmişdi.
DOĞRU.AZ