image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-82backend

Ralf Ranqnik: “Azərbaycanla oyunun ilk 20 dəqiqəsində meydanda yox idik”

image-728x90px

“İlk 20 dəqiqə çətin keçdi. Meydanda yox idik, oyuna nəzarəti itirmişdik”.

Bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis ilk hissənin ortalarına doğru təşəbbüsü ələ aldıqlarını bildirib:

“Qapımızı toxunulmaz saxlamaq istədik, amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik”.

O, qrupdakı digər rəqibləri olan Belçika seçməsinin səfərdə İsveçi üç cavabsız qolla məğlub etməsinə də toxunub:

“Qırmızı şeytanlar”ın Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra dəyişəcəyi bəlli idi. Amma onların top-komanda olması hamıya bəllidir. Rəqibin oyununu görməmişəm. Lakin Stokholmda 0:3 hesabı ilə qalib gəlirsinizsə, bu, keyfiyyət əlamətidir”.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki