image-2000x150px
image-123
image-ads_atlas
image-benzibackend

“Real”dan darmadağın, “Atletiko” çətin qələbə qazandı – YENİLƏNİB + VİDEO

image-728x90px

İspaniya La Liqasında XXVII turun daha bir oyunu keçirilib.

“Atletiko” öz meydanında “Betis”lə üz-üzə gəlib. Matç Madrid klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Yeganə qolu 86-cı dəqiqədə Anxel Korrea vurub. Xallarını 54-ə çatdıran “Atletiko” 3-cü pillədə möhkəmlənib. “Betis” 45 xalla 5-cidir.

20:21

İspaniya La Liqasında XXVII tur davam edir.

Oxu.Az xəbər verir ki, “Real Madrid” “Valyadolid”i qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 6:0.

Madridlilərə qələbə qazandıran qolları Kərim Benzema (3), Rodriqo, Marko Asensio və Lukas Vaskes vurublar. Het-trik edən Benzema “kral klubu”nun tarixində ardıcıl 11 mövsüm 20-dən artıq qol vuran ilk futbolçu olub.

Qələbə sayəsində xallarını 59-a çatdıran “Real Madrid” yenidən lider “Barselona” ilə xal fərqini 12-yə çatdırıb və 2-ci pillədədir. “Valyadolid” 28 xalla 16-cıdır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki