image-2000x150px
image-123
image-ads_atlas
image-rudbackend

“Real”ın futbolçusu namaz qılmaq üçün müsahibəni yarımçıq saxladı: “Oruc tutmaq oyunuma pis təsir etmir”

image-728x90px

“Real Madrid”in almaniyalı futbolçusu Antonio Rüdiger “Marca”ya müsahibəsində Ramazan ayının performansına təsir edib-etmədiyi barədə danışıb.

Müsəlman futbolçu artıq buna öyrəşdiyini söyləyib:

“Buna uyğunlaşmışam. Oruc tutmaq performansıma pis təsir etmir. Heç nə yemirəm və heç nə içmirəm. Qaydalara riayət edirəm. Əlbəttə, asan deyil, ancaq beynini və xarakterini belə tərbiyələndirirsən, nəticədə bunun fəlsəfəsini dərk edirsən. Sahib olduğum silahlardan biri bu düşüncə tərzidir.

Bir nutrisioloqla (sağlam qida mexanizmlərini öyrənən mütəxəssis – red.) danışmışam. Əsas məsələ nəyi nə vaxt yeyəcəyinizi və içəcəyinizi bilməyinizdir. Pintusla (“Real Madrid”in fitnes məşqçisi Antonio Pintus – red.) danışmağa getsəm, məni qaçmağa məcbur edəcək. Ona görə ən yaxşısı nutrisioloqla məsləhətləşməkdir (gülür). Nəticə olaraq oruc tutmaq mənim üçün problem deyil”.

Almaniya millisinin üzvü gündə beş dəfə namaz qıldığını söyləyib. Müsahibə əsnasında günorta namazının vaxtı gəldiyi üçün o, müsahibəyə fasilə verib və namaz qıldıqdan sonra geri qayıdıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki