image-n1karobka_ads
image-123
image-90-pic_32ratio_900x600-900x600-76772backend

Real Madrid futbolçusunu Səudiyyə Ərəbistanına 25 milyon avroya satmağa hazırdır

image-ad_qayo_720x110px

“Real Madrid” müdafiəçisi Ferland Mendini satmaq istəyir.

Bu barədə “Football Espana” məlumat yayıb.

Mənbənin məlumatına görə, ispan klubu futbolçunu Səudiyyə Ərəbistanına 25 milyon avroya satmağa hazırdır.”Real Madrid” Mendinin əsas heyətdəki yerini itirdiyi üçün getməsinə qarşı deyil. Madrid klubunun Ferlanı satmağa tələsmədiyi, təkliflərə açıq olduğu vurğulanır. Futbolçunun satınalma şərti 250 milyon avrodur, lakin “qaymaqlılar” bu məbləğin 10%-ni oyunçuya verməyə hazırdır.

İspaniya çempionatının son mövsümündə Mendi 18 matçda iştirak edib və bir məhsuldar ötürmə verib. Transfermarkt-ın məlumatına görə, Mendinin bazar dəyəri 25 milyon avrodur.Onun Real Madridlə müqaviləsi 2025-ci ilə qədərdir.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki