“Real Madrid”in hücumçusu Vinisius Junior İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində paytaxtın “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone ilə münaqişə edib.
Matçın gedişində futbolçu və məşqçi emosional olaraq bir-birlərindən şikayətlərini dilə gətiriblər. Münaqişənin daha da inkişafının qarşısını skamyada oturan hər iki klubun nümayəndələri alıblar.
Qarşılaşma əlavə vaxtda “Atletiko”nun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: NTV Spor