image-2000x150px
image-123
image-ads_atlas
image-1704961594206673895_1200x630backend

Rəşad Məcid: Bizim mediamızın seçki məsələsində böyük təcrübəsi var

image-728x90px

Bizim mediamızın seçki məsələsində böyük təcrübəsi var. Eyni zamanda, seçkiqabağı təşviqat, xüsusilə ödənişli və ödənişsiz təşviqatın aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzvlərinin fikirlərinə ehtiyacımız var.

AZƏRTAC xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid yanvarın 11-də bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxış edərkən deyib.

O bildirib ki, media əvvəlki illərdə olduğu kimi Azərbaycan xalqının həyatında mühüm rol oynayacaq 7 fevral seçkilərində də böyük məsuliyyətlə iştirak edəcək. Eyni zamanda, sosial mediada hansısa namizədə qarşı saxta xəbərlərin yayıla biləcəyi şəksizdir. Peşəkar media belə hallarda məsələlərə vaxtında münasibət bildirməlidir.

“7 fevral bir müddətdən sonra Azərbaycan tarixinin ən əzəmətli bayram günlərindən biri olacaq. Bütün bu məsələlərdə, xalqımızın, seçicilərin çiyninə böyük məsuliyyət düşür. Bütün dünya görsün ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil. Heç şübhəsiz bu məsələlərdə Azərbaycan mediası ən öndə getməlidir”, – deyə Mətbuat Şurasının sədri qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki