image-n1karobka_ads
image-123
image-17181787111396948799_1200x630backend

Respublika üzrə taxıl sahələrinin 13 faizində biçin yekunlaşıb – FOTO

Respublika üzrə payızlıq əkin sahələrinin 13 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahdan Doğru.az-a bildirilib ki, bu günədək 131814 hektar sahədə biçin aparılıb.

Sahələrdən 373897 ton arpa, 7905 ton buğda yığılıb. Arpa sahələrinin 31 faizində, buğda sahələrinin isə 0,4 faizində biçin yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 28.9 sentner, buğda üzrə isə 31.8 sentner təşkil edir.

Respublika üzrə biçin prosesində 1203 kombayn iştirak edib. Bunlardan 674 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 529 kombayn cəlb edib.

Ümumilikdə, “Aqroservis” ASC bu mövsüm taxıl biçininə 656 kombayn cəlb etməyi planlaşdırır. Kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir. “Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında reallaşır.

DOĞRU.AZ

image-17181794304827962417_1200x630 image-1718178711340746109_1200x630 image-1718178711231339122_1200x630 image-17181794303036937788_1200x630 image-17181794303523450414_1200x630 image-17181787111317855253_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki