image-2000x150px
image-123
image-ads_atlas
image-fefvnhlx0aqhq8qbackend

Ronaldudan daha bir rekord

image-728x90px

Hücumçu Kriştianu Ronaldu cümə axşamı Portuqaliya milli futbol komandasının heyətində 197-ci matçında meydana çıxaraq yığmada ən çox oyun keçirən futbolçu olub.

O, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk turunun Lixtenşteynlə ev oyununda start heyətində yer alıb. Forvard millinin heyətində meydana 196 dəfə daxil olan küveytli oyunçu Bader əl-Mutavanın nailiyyətini geridə qoyub.

Qeyd edək ki, Ronaldonun 37 yaşı var və o, beşqat “Qızıl top”un qalibi, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir.

38 yaşlı əl-Mutavaya gəlincə, 2003-cü ildən Küveyt millisində çıxış edən futbolçu hazırda ölkəsinin “Əl-Kadisiyah” klubunun şərəfini qoruyur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki