SHOT Telegram kanalı xəbər verir ki, güclü qar yağışı səbəbindən Rusiya-Gürcüstan sərhədində yüzlərlə nəqliyyat vasitəsi yolda qalıb və keçid məntəqəsi müvəqqəti bağlanıb.
Doğru.az xəbər verir ki, Verxniy Lars və Krestovı aşırımından keçən yol bütün avtomobillər üçün bağlıdır. Qar təmizləyən texnika isə fasiləsiz işləyir.
Tıxacda qalanlar arasında uşaqlı ailələr də var. Kanalın məlumatına görə, əksəriyyət Yeni il tətili üçün dostlarını, qohumlarını və məşhur Qudauri xizək kurortunu ziyarət etməyə gedirmiş.
Hələlik sərhədin nə vaxt açılacağı məlum deyil. Qeyd edək ki, daha əvvəl bəzi uzun məsafəli qatarlarda sərnişinlər qar səbəbindən Yeni ili işıqsız və yeməksiz qeyd etmişdilər.
DOĞRU.AZ




























