image-n1karobka_ads
image-123
image-smagin2_2_-pic_32ratio_1200x800-1200x800-44059backend

Rusiya Şahmat Federasiyasının vitse-prezidenti FİDE-ni əl sıxmaqdan imtinaya görə cərimə tətbiq etməyə çağırıb

image-ad_qayo_720x110px

Rusiyalı qrossmeyster, Rusiya Şahmat Federasiyasının (RFC) vitse-prezidenti Sergey Smaqin Beynəlxalq Şahmat Federasiyasının (FİDE) şahmatçıların oyunlardan əvvəl və ya sonra əl sıxmaqdan imtina etdiyi vəziyyətlərə reaksiyalarından danışıb.

Polyak Yan-Kşiştof Dudanın rusiyalı Denis Xismatullinlə əl sıxmamasından danışan Smagin FİDE-ni cərimələr tətbiq etməyə çağırıb.

“Düzünü desəm, bu hekayəyə bu qədər əhəmiyyət verildiyinə təəccüblənirəm, çünki oxşar şeylər əvvəllər də tez-tez olub. Sadəcə, FİDE daha aydın şəkildə bildirməlidir ki, kimsə rəqibin əlini sıxmaqdan imtina edərsə, ona qarşı sanksiyalar tətbiq olunacaq. Ümumiyyətlə, hazırda şahmatda baş verən bütün xırda hadisələr peşəkar qaydaların olmamasından qaynaqlanır. FİDE-nin ən güclü şahmatçılarla daha peşəkar münasibətlərə keçməsinin vaxtıdır. Məsələn, tennisdə: səhv şey dedin – cərimə, səhv etdin – cərimə.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki