image-n1karobka_ads
image-123
image-8-pic_32ratio_1200x800-1200x800-32851backend

Rusiya üzgüçüləri 2024-cü il Olimpiya Oyunlarında iştirak etməyəcəklər

image-ad_qayo_720x110px

Rusiya açıq su üzgüçüləri və dalğıcları bu yay Parisdə keçiriləcək 2024-cü il Olimpiya Oyunlarında yarışa bilməyəcəklər.

Bu barədə TASS-a Beynəlxalq Üzgüçülük Federasiyasının (World Aquatics) kommunikasiyalar şöbəsindən məlumat verilib.

Beynəlxalq federasiyanın nümayəndəsi bildirib ki, fevralda Dohada keçiriləcək su idman növləri üzrə dünya çempionatında Rusiya idmançılarından heç biri qeydiyyatdan keçməyib. Bu turnir idmançılar üçün Parisdə keçiriləcək Oyunlara vəsiqə qazanmaq üçün son şans idi.

2023-cü ilin payızında World Aquatics Rusiya və Belarus idmançılarına neytral statusda yarışlarda iştirak etməyə icazə verdi. Hazırda yalnız üzgüçü İvan Girev neytral Rusiya idmançısı statusuna malikdir.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki