image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-35backend

Rusiyalı alim Marsda yaşamağın mümkünlüyündən danışdı

image-728x90px

Yer kürəsindən başqa bütün məlum planetlərdən yalnız Mars həyat üçün əlverişlidir.

Bu açıqlama ilə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru Sergey Yazev çıxış edib.

“Əlbəttə, Yer Günəş sistemindəki istənilən digər planetlərdən daha yaxşıdır. Hətta Antarktidada və ya Himalayda bitki örtüyünün vəziyyəti Günəş sistemindəki istənilən planetdən qat-qat daha yaxşıdır. Ancaq çıxış yolu yoxdursa və harasa köçməlisənsə seçim Marsın üzərinə düşəcək”, – deyə Sergey Yazev vurğulayıb.

Sergey Yazev bildirib ki, Marsda şərait tamamilə əlverişsizdir, ora soyuq, tozlu, karbon dioksid atmosferi ilə zəngindir.

Orada bir vaxtlar çaylar axdığını, suların qaynadığını təsəvvür etmək indi çox çətindir.

“Lakin Marsın tədqiqinə başlamaq üçün baza qurmaq mümkündür. Orada yaşamaq çox çətin olacaq, lakin Antarktidada olduğu kimi, orada da insanların yaşaması mümkündür”, – deyə o vurğulayıb.//Oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki