image-2000x150px
image-123
image-ads_atlas
image-kulekbackend

Sabahın hava proqnozu açıqlanıb

image-728x90px

Ölkə ərazisində dekabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Əsasən Böyük Qafqazın ayrı-ayrı yerlərində intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki