image-n1karobka_ads
image-123
image-vid-20250725-wa0052-1backend

Şahin İmaməliyev: Bu nəticə haqsızlıqdır – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Azərbaycanlı gənc ifaçı Şahin İmaməliyev “Yetenek Sizsiniz Türkiye” müsabiqəsində yarım finala keçə bilməyib.

Doğru.az xəbər verir ki, o, səhnədə milli musiqimizi – “Bayatı Şiraz” muğamını və “Sarı Gəlin” mahnısını ifa etməsinə, hətta öz şeirini səsləndirməsinə baxmayaraq, nəticənin haqsız olduğunu düşünür.

Şahinin sözlərinə görə, həm münsiflər, həm də tamaşaçılar çıxışını yüksək qiymətləndirib, alqışlarla qarşılayıblar. O bildirib ki, əvvəlcə 6 nəfərin seçiləcəyi deyilsə də, sonradan bu say 3-ə endirilib:

“Əvvəl ilk üçlükdə idim, sonra 5-ci yerə düşdüm. Münsiflərin reaksiyası, Eda Ece-nin göz yaşları, tamaşaçıların səmimi alqışları – bütün bunlara baxmayaraq, mərhələdən keçməməyim məncə, milli musiqimizə olan laqeydliyin göstəricisidir. Bu nəticəni ədalətli saymıram.”

Qeyd edək ki, Şahin İmaməliyevin əvvəlki çıxışı sosial şəbəkələrdə 16 milyon baxış toplayıb və böyük maraqla qarşılanıb.

DOĞRU.AZ

image-img-20250725-wa0047 image-img-20250725-wa0046 image-img-20250725-wa0045

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki