Anadolu rock musiqisinin öncüllərindən Savaş Özdemir 6 fevral 2026-cı il tarixində Hayal Kahvesi Bakıda canlı konsert proqramı ilə musiqisevərlərlə görüşəcək.
Doğru.az xəbər verir ki, konsert saat 20:00-da başlayacaq və 22:00-dək davam edəcək.
Tamaşaçılar səhnədə canlı ifalar, yüksək enerji və Anadolu rock janrının sevilən nümunələrini izləyə biləcək. Konsertdən sonra sənətçi ilə imza günü də təşkil olunacaq.
Bilet qiymətləri 30–50 manat aralığında müəyyən edilib. Qeyd edək ki, məkanda Face Control tətbiq olunur və Smart Casual geyim tərzi tələb edilir.
DOĞRU.AZ





























