image-n1karobka_ads
image-123
image-img-20251118-wa0070backend

Sea Breeze-də yeni nar bulvarı salındı – FOTO

image-ad_qayo_720x110px

Sea Breeze kurort şəhərində daha bir ekoloji təşəbbüs həyata keçirilib.

Doğru.az xəbər verir ki, ərazidə yeni nar bulvarı salınıb və Göyçaydan gətirilmiş 150 ədəd gənc nar ağacı əkilib.

Azərbaycanda ən dadlı narların yetişdiyi bölgədən gətirilən tinglərlə salınan bu bulvar Sea Breeze-in illik ənənəyə çevrilən ekoloji layihəsinin növbəti mərhələsidir. Xatırladaq ki, ilk yüz nar ağacı COP29 zamanı əkilərək iqlim konfransının ekoloji mirası kimi tarixə düşmüşdü.

Tədbirin açılışında Sea Breeze-in direktor müavini Qəmbər Bənənyarlı bu təşəbbüsün cəmiyyət üçün vacibliyini vurğulayıb və kurort şəhərciyinin inkişafında yaşıl siyasətin prioritet olduğunu bildirib. Layihənin landşaft dizayneri John-Calvin Wiedemann isə çıxışında ekoloji dəyərlərin gələcək nəsillər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək deyib:

“Biz Yer kürəsini uşaqlarımızdan miras almırıq, biz onlardan borc alırıq. Gördüyümüz işlər gələcəyin formalaşmasına xidmət edir. Beş ildən sonra burası dünyanın ən uzun nar prospektinə çevriləcək.”

Tədbir Xalq artisti Təranə Muradovanın rəhbərliyi ilə “Odlar Yurdu” rəqs ansamblının çıxışı ilə başlayıb. Daha sonra qonaqlar tinglərin əkilməsində iştirak ediblər. Hər bir iştirakçıya ağacların inkişafını izləməyə imkan verən GPS kodlu taxta breloklar təqdim olunub. Ekoloji aksiyada ekologiya nazirinin müavini Vüqar Kərimov, aktyor və teleaparıcı Murad Dadaşov, digər tanınmış şəxslər və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib və nar ağacı əkib.

Eyni gün Sea Breeze-dəki “Çoyxona” restoranında “Ekosfera” sosial-ekoloji mərkəzi tərəfindən uşaqlara ekoloji maarifləndirici seminarlar keçirilib. Seminarlar ekologiya üzrə fəlsəfə doktoru Firuzə Sultanzadənin rəhbərliyi ilə təşkil olunub.

Sea Breeze-in ekoloji davamlılıq modeli

Sea Breeze kurort şəhərciyi uzun illərdir ekoloji davamlılıq prinsiplərinə əsaslanaraq inkişaf etdirilir. Hazırda ərazidə təxminən 11 milyon ağac və bitki əkilib. İnfrastrukturun hər mərhələsi ekoloji qiymətləndirmədən keçir, su və torpaq nümunələri mütəmadi təhlil olunur, kommunal sistemlərin fəaliyyəti nəzarətdə saxlanılır.

2024-cü ildə Sea Breeze yalnız öz ərazisini deyil, 50 kilometrlik sahil xəttini də əhatə edən mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Bununla yüzlərlə lokal təmizləyici qurğu ləğv edilib. Artıq içməli su mərkəzləşdirilmiş qaynaqlardan təmin olunur, tullantı suları isə müasir sistemlər vasitəsilə təmizlənərək dəniz ekosisteminə zərər vermədən ötürülür. Bu yanaşma Sea Breeze çimərliklərini ölkənin ən təmiz sahillərindən birinə çevirib.

Layihənin mühüm tərəflərindən biri də sahil xəttinin qorunmasıdır. İnşaat planlaması sahildən 400–500 metr aralı aparılıb. Qanunvericiliklə icazə verilən 50 metr əvəzinə Sea Breeze geniş ictimai sahil zolağı yaradaraq parklar, gəzinti yolları, restoranlar və dənizə sərbəst çıxış üçün optimal şərait formalaşdırıb.

DOĞRU.AZ

image-img-20251118-wa0069 image-img-20251118-wa0079 image-img-20251118-wa0078 image-img-20251118-wa0071 image-img-20251118-wa0076image-img-20251118-wa0077image-img-20251118-wa0075 image-img-20251118-wa0068 image-img-20251118-wa0062 image-img-20251118-wa0061 image-img-20251118-wa0063 image-img-20251118-wa0067 image-img-20251118-wa0064

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki