image-n1karobka_ads
image-123
image-277195_4ccs9rse1zbackend

Şəhid ailələrini Mahsun Kırmızıgüllə görüşdürdü – Fotolar

Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu gün “İçərişəhər”də gəzintiyə çıxıb.

Səfər zamanı Kırmızıgül Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai birliyinin rəhbəri Arzu Bağırova ilə də görüşüb.

Görüşün məqsədi isə A.Bağırovanın müğənnini şəhid ailələri ilə görüşdürməsi olub. Birliyin rəhbəri Türkiyədən gəlmiş şəhid ailələrinin arzusunu gerçəkləşdirib və onları sevilən ifaçıları ilə bir araya gətirib. Görüş zamanı Türkiyədən olan şəhid ailələri Mahsun Kırmızıgüllə şəkillər çəkdiriblər.

Qeyd edək ki, şəhid ailələrinin Azərbaycana gəlişi də Arzu Bağırovanın təşkilatçılığı ilə olub.

DOĞRU.AZ

image-showpic_el100image-showpic_el100-1image-showpic_el100-2image-showpic_el100-3image-277195_4ccs9rse1z

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki