image-n1karobka_ads
image-123
image-interpress_2b54eb44df72585f0d945a8840a99c5f_gohywtci70sz3vl82qru-640x336-1backend

SON DƏQİQƏ: Bakıda tikinti mağazası və anbar yanır

Bakıda tikinti mağazası və anbarda yanğın başlayıb.

Doğru.Az“-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki