image-2000x150px
image-123
image-ads_atlas
image-polis1647257772backend

SON DƏQİQƏ: Şuşanın polis rəisi qəzaya düşdü, iki nəfər öldü – ŞOK VİDEO

image-728x90px

Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Doğru.Az xəbər verir ki, DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli RPŞ-də araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən “Mercedes”lərdən birini idarə edən şəxs İlqar Hümbətov olub. O, Şuşa Rayon Dövlət Yol Polisinin rəisidir. Mayor rütbəli Hümbətov da qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki