image-2000x150px
image-123
image-ads_atlas
image-1663159564_efa7be5f-f203-349e-a479-f48871df5a85_850backend

Son sutkada 371 nəfər koronavirusa yoluxdu

image-728x90px
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Doğru.Az“-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 060 aktiv xəstə var. Bu günə qədər 9 873 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 664, bu günə qədər isə ümumilikdə 7 203 417 test icra olunub.

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 613 vaksin vurulub.

Bununla da ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 877 095-ə çatıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki